Son xəbər: İsrail Təhlükəsizlik Kabinetinin Misir-Qəzza zolağı sərhədindəki Filadelfi dəhlizində İsrail əsgərlərinin işğalının davam etdirilməsinə razılıq verdiyi bildirilib.
Turkustan.az xəbər verir ki, yerli mətbuatda çıxan xəbərlərdə İsrail ordusunun Filadelfi dəhlizində işğalın davam etdirilməsi ilə bağlı tərtib etdiyi xəritələri Təhlükəsizlik Kabinetinə təqdim etdiyi bildirilib.
Bildirilib ki, İsrail ordusunun Filadelfi dəhlizində işğalının davam etdirilməsinin lehinə Təhlükəsizlik Kabinetinin 10 üzvündən 8-i səsvermədə bu təklif qəbul edilib.
Qeyd olunub ki, müdafiə naziri Yoav Gallant bu təklifə yox səs verib, ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə iclasa qatılmayıb.
İclasda baş nazir Benyamin Netanyahunun dəhlizdə işğalın davam etdirilməsinin "zəruriliyini" müdafiə etdiyi bildirilib.
Bildirilib ki, Netanyahu da bu addımın İsraillə HƏMAS arasında “məhbus mübadiləsini çətinləşdirməyəcəyini”, əksinə, “mümkün razılaşmanı daha da mümkün edəcəyini” iddia edib.
Bildirilib ki, adı açıqlanmayan bir İsrail rəsmisi İsrail ordusunun Filadelfiya dəhlizində işğalın davam etdirilməsi üçün hazırladığı xəritələri ABŞ-ın “təsdiq etdiyini” və Təhlükəsizlik Kabinetinə təqdim etdiyini iddia edib.
İsrailin baş naziri Netanyahu İsrail və HƏMAS arasında məhbus mübadiləsi razılaşmasının qarşısını almağa çalışdığı üçün tənqid edilir.
Məhbus mübadiləsi danışıqları yenidən gündəmə gəldikdən sonra Netanyahu mümkün razılaşma üçün bəzi yeni şərtlər, o cümlədən Filadelfi dəhlizinə İsrail ordusu tərəfindən nəzarət edilməsini istəyib.
15-16 avqust tarixlərində Qətərin paytaxtı Dohada yenidən başlayan və fasilələrlə davam edən məhbus mübadiləsi danışıqlarının Netanyahunun gətirdiyi yeni şərtlərlə çətinləşdiyi bildirilir.
Bildirilir ki, Təhlükəsizlik Kabinetinin İsrail ordusunun Filadelfi dəhlizində işğalını davam etdirməsinə razılıq verməsi əsir mübadiləsi danışıqlarını çıxılmaz vəziyyətə salacaq.
Bildirilib ki, Misir administrasiyası bütün əlaqədar tərəflərə İsrailin Rafah Sərhəd Qapısı və Filadelfi Dəhlizində mövcudluğunu qəbul etməyəcəklərini çatdırıb.
Eltac Zülfüqaroğlu/Turkustan.az