Rusiya Belqorod üçün fövqəladə vəziyyəti “federal” səviyyəyə qaldırdı


Rusiya Fövqəladə Hallar Nazirliyi Belqorod vilayətində mülki əhalinin müdafiəsi üçün elan edilmiş fövqəladə vəziyyətin “federal” səviyyəyə qaldırıldığını açıqlayıb. Kiyev administrasiyası gözlənilməz hücumla Kursk vilayətindən Rusiyaya daxil olub.

Turkustan.az xəbər verir ki, Ukrayna ordusunun avqustun 6-da Rusiyanın Kursk bölgəsinə daxil olmasından sonra sərhəd bölgələrində şiddətli toqquşmalar yaşansa da, Ukraynanın hücumları səbəbindən digər sərhəd bölgəsi Belqorodda fövqəladə vəziyyət elan edilib.

Belqorod qubernatoru Vyaçeslav Qladkov hökumət komissiyasından mülki əhalinin müdafiəsi üçün elan edilmiş fövqəladə vəziyyətin "federal" səviyyəyə qaldırılmasını tələb etdiklərini açıqlayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi Belqorod vilayətində federal fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Fövqəladə hallar naziri Aleksandr Kurenkov açıqlamasında "Bölgədə vəziyyət mürəkkəb və həssasdır. Ukrayna silahlı qruplarının Belqorod vilayətində həyata keçirdiyi terror aktları nəticəsində yaşayış məntəqələri və infrastruktur obyektlərinə ziyan dəyib”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ