Almaniyanın Lufthansa və Avstriya Hava Yollarının bu gün İsrailə uçuşları ləğv etdiyi açıqlanıb.
Turkustan.az xəbər verir ki, bu gün Lufthansa və Avstriya hava yolları şirkətləri Tel-Əvivə uçuşları dayandırıb. İsrailə uçuşların dayandırılması qərarının nə qədər müddətə verildiyi ilə bağlı heç bir açıqlama verilməyib.
İsrail ordusunun Livana qarşı mümkün hücumu təhlükəsi səbəbindən iyulun 28-i bazar günü axşam saatlarında planlaşdırılan bütün uçuşlar ləğv edilib və ya təxirə salınıb.
Bu səhər saatlarından etibarən Beyrut Rafik Həriri Beynəlxalq Hava Limanından bəzi uçuşların həyata keçirildiyi bildirilsə də, bəzi uçuşların ləğv edildiyi paylaşılıb.
İsrailin işğalı altında olan Colan Təpələrindəki Majdel Şəms qəsəbəsində futbol meydançasına atılan raket nəticəsində aralarında uşaqların da olduğu 12 nəfərin həyatını itirdiyi, 17-si ağır olmaqla 35 nəfərin yaralandığı açıqlanıb.
İsrail ordusu "əllərində olan kəşfiyyat məlumatları və onların qiymətləndirməsi nəticəsində" raketin Livanın cənubundakı Şeba şəhərinin şimalından atıldığını bəyan edərək, Livan Hizbullahının məsuliyyət daşıdığını açıqlayıb.
Livan Hizbullahı hücumun onlar tərəfindən həyata keçirildiyinə dair iddiaları təkzib edib və "hadisə ilə heç bir əlaqəsinin olmadığını" bildirib.
İsrailin baş naziri Binyamin Netanyahu da hücumla bağlı açıqlamasında "İsrail bu ölümcül hücumu bir kənara qoymayacaq. Hizbullah indiyə qədər heç vaxt ödəmədiyi ağır bədəli ödəyəcək" deyib.
Eltac Zülfüqaroğlu/Turkustan.az