İsrail Baş Nazirliyinin Mətbuat İdarəsindən verilən yazılı açıqlamada Netanyahu ilə Trampın telefonla danışdığı bildirilib.
Turkustan.az xəbər verir ki, məlumata görə, Tramp Netanyahuya Vaşinqtonda iki israilli diplomatın öldürülməsinə görə dərin kədərini ifadə edib.
Netanyahu və Trampın görüş zamanı İsrailin Qəzzaya hücumlarını müzakirə etdiyi də vurğulanıb.
ABŞ prezidentinin Qəzzaya hücumlar üçün Netanyahunun “bütün israilli məhbusların azad edilməsi, HƏMAS-ın aradan qaldırılması və bölgədəki fələstinlilərin Tramp planı olaraq bilinən digər ölkələrə deportasiya edilməsi, irəliləyiş əldə etmək məqsədlərini” dəstəklədiyi bildirilir.
Qeyd edilib ki, Tramp və Netanyahu İranın nüvə silahına malik olmamasını təmin etmək üçün razılaşıblar.
Sözügedən telefon danışığının Trampla Netanyahu arasında problem olduğu iddialarından sonra olması diqqət çəkir.
Aytən Yaşar/ Turkustan.az