Türkiyə ABŞ-dən F-16 alır


Türkiyənin ABŞ-dən tələb etdiyi F-16-ların alınması ilə bağlı müqavilələr imzalanıb.

Turkustan.az TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbə bildirib.

O, detallar üzərində işlərin davam etdirildiyini və bununla bağlı qarşılıqlı nümayəndə heyətləri arasında danışıqlar aparıldığını deyib.

Mənbə, həmçinin qəbul edilmiş qərarlarla bağlı təfərrüatların daha sonra ictimaiyyətə çatdırılacağını bəyan edib.


MANŞET XƏBƏRLƏRİ