Orban: “Avropa müharibəyə hazırlaşır”


Macarıstanın baş naziri Viktor Orban Qərb siyasətçilərinin “Rusiya təhlükəsi” ilə bağlı bəyanatlarını müharibəyə hazırlıq manevri kimi qəbul edir. Onun sözlərinə görə, Brüssel hazırda Şimali Atlantika Alyansının Ukrayna münaqişəsində birbaşa necə iştirak edə biləcəyini müəyyənləşdirir.

Orban qeyd edib ki, iki dünya müharibəsi arasındakı dövrdə olduğu kimi, indi də Brüssel və Vaşinqton “mümkün birbaşa münaqişə üçün əhval-ruhiyyə” hazırlayır. Onun sözlərinə görə, bu, media və siyasətçilərin açıqlamaları vasitəsilə həyata keçirilir.

Turkustan.az xəbər verir ki, Orban Kossuth radiosunda bildirib ki, NATO-nun artıq hərbi planlaşdırma ilə məşğul olan, alyansın Kiyevin tərəfində münaqişədə iştirakının mümkünlüyünü qiymətləndirən işçi qrupları var.

O hesab edir ki, indi Rusiyanın və ya hər hansı digər dövlətin hər hansı NATO ölkəsinə hücumu ehtimalı “çox kiçikdir”. Ona görə də Macarıstanın baş nazirinin fikrincə, “Rusiya təhlükəsi” ilə bağlı bəyanatlar müharibəyə hazırlaşmaq üçün “manevr”dir.

RİA Novosti xəbər verir ki, Orban əlavə edib ki, Macarıstan NATO-nu Ukrayna münaqişəsinə cəlb edə və birbaşa Rusiya ilə toqquşmaya səbəb ola biləcək hərəkətlərdə iştirak etmək niyyətində deyil .

Macarıstanın baş nazirinin sözlərinə görə, ölkə hakimiyyəti indi Budapeştin müharibədə iştirak etmədən NATO üzvü olaraq necə qala biləcəyini müəyyənləşdirir. O qeyd edib ki, Brüssel hətta Macarıstan üçün “iştirakçı olmayan” termini ilə çıxış edib.

Bundan əvvəl Macarıstanın baş naziri slovakiyalı həmkarı Robert Fikoya qarşı sui-qəsd cəhdini Avropada müharibəyə hazırlıqla əlaqələndirib. Apreldə o qeyd edib ki, Qərb Ukraynaya qoşun yeritməkdən bir addım qalıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ