Dünya Bankı: “Fələstinin maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdi”


Dünya Bankı Fələstin Muxtariyyətinin maliyyə vəziyyətinin son üç ayda əhəmiyyətli dərəcədə pisləşdiyini və bunun maliyyə çöküşü riskini artırdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Bank “Yaxın Şərqdəki münaqişənin Fələstin iqtisadiyyatına təsiri” adlı hesabatını dərc edib.

Hesabatda Fələstin Administrasiyasına ödəniləcək gəlir köçürmələrində və iqtisadi fəaliyyətdə böyük azalma səbəbiylə gəlir axınının böyük ölçüdə kəsildiyi bildirilir. Qeyd olunub ki, son üç ayda vəziyyət xeyli pisləşib və bu, maliyyə çökməsi riskini xeyli artırır.

Hesabatda, "Gəlir məbləği ilə əsas dövlət xərclərinin maliyyələşdirilməsi üçün tələb olunan məbləğ arasında sürətlə artan uçurum maliyyə böhranına səbəb olur. 2023-cü ilin sonuna qədər bu maliyyə açığının 682 milyon dollara çatması gözlənilir”.

Hesabatda Fələstin iqtisadiyyatının 2024-cü ilin ilk aylarında böyük bir şok altında qalmağa davam etdiyi ifadə edilərək, 2024-cü il üçün proqnozun olduqca qeyri-müəyyən olaraq qaldığı, iqtisadi daralmanın bu il yüzdə 6,5 ilə faiz 9,6 faiz arasında olması gözlənildiyi qeyd edilib.

Hesabatda 2023-cü ilin oktyabrından bəri Fələstin iqtisadiyyatında yarım milyona yaxın iş yerinin itirildiyi bildirilib.

Hesabatda fələstinlilərin ümumi yoxsulluq səviyyəsinin 2023-cü ilin ortalarında 32,8 faiz olduğu, yoxsulluğun Qəzzada yüzdə 64, İordan çayının qərb sahilində isə yüzdə 12 ətrafında olduğu qeyd edilib.

Hesabatda adambaşına düşən Ümumi Daxili Məhsul (ÜDM) 2023-cü ildə 2022-ci ilə nisbətən yüzdə 12 azalaraq 3 min 360-a çatacaq.

Hesabatda Qəzzada adambaşına düşən gəlirin İordan çayının qərb sahilinin təxminən beşdə biri olduğu və Qəzzanın 2023-cü ildə adambaşına düşən real gəlirinin indiyə qədərki ən aşağı səviyyədə qeydə alınacağı qeyd edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ