Zaxarova Simonyanı “şeytanlaşmaq”da ittiham edib


Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın erməni kilsəsindən vergi alınması ilə bağlı fikirlərinə münasibət bildirib.

Turkustan.az xəbər verir ki, Zaxarova öz telegram paylaşımında Simonyanın həmin çıxışı ilə Ukraynanın eks-prezidenti Petro Poroşenkonun Rus Pravoslav Kiləsisnə tabe olan Ukrayna Pravoslav Kilsəsinə tam qadağa qoyulması barədə təklifi ilə müqayisə edib.

“Niyə qərblilərin xidmət etməyə başladığı insanlar sözün əsl mənasında şeytanlaşırlar?”, - deyə Zaxarova paylaşımında bildirib. /APA/


MANŞET XƏBƏRLƏRİ