Sülh sazişi burada imzalanacaq: Almatıda isə... - Detallar açıqlandı


Almatıda baş tutacaq görüşdə Azərbaycanla Ermənistan arasında çərçivə sülh razılaşması ətrafında xarici işlər nazirləri arasında müzakirələrin gedəcəyi ehtimal edilir. Əslində indiki halda tərəflər sülhə daha yaxındır. Ermənistan daxildə yaranan vəziyyətdən çəkinir. Lakin prinsipcə erməni tərəfi hazırlanan sülh sazişi ilə razı olmalıdır. Ona görə də yaxın müddətdə iki ölkə arasında sülh sazişi imzalana bilər.

Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O qeyd edib ki, Ermənistan daxilində olan gərginlik müharibə tərəfdarları, revanşistlər bəhanə axtarır:

“Məqsəd hansısa formada dövlət çevrilişinə cəhd etməkdən ibarətdir. Amma buna baxmayaraq erməni əhalisinin böyük hissəsi sülh istəyir. Hərbi canilərdən başqa Ermənistan cəmiyyətində sülhə inananlar çoxdur”.

Millət vəkili hesab edir ki, erməni diasporası da Azərbaycanla əldə ediləcək sülh razılaşmasının qəti əleyhdarıdır:

“Çünki sülh olacaqsa, erməni diasporası böyük maliyyə itikisi ilə üzləşəcək. Beləliklə, erməni lobbisi hansısa qondarma faciələrlə bağlı vəsait toplaya bilməyəcək. Belə olan halda onlar mümkün qədər sülh prosesini pozmağa can atır”.

Asim Mollazadəyə görə, sülh prosesinə mane olmaq istəyən ölkələr də var:

“Bu ölkələr gərginliyin olmasında, kənar müdaxilələlər üçün əsasların yaranmasında maraqlıdır. Bütün bunlara baxmayaraq erməni tərəfi sülhlə bağlı öz mövqeyini ortaya qoya bilər. Almatıda olmasa yaxın müddətdə bölgəmizə Azərbaycanla Ermənistana arasında sülh sazişi imzalanması mümkündür”.


MANŞET XƏBƏRLƏRİ