Sloveniya bu tarixdə Fələstin dövlətini tanıyacaq


Sloveniyanın Fələstin dövlətinin tanınması ilə bağlı qərarı iyunun 13-dək qəbul edəcəyi gözlənilir.

Turkustan.az xəbər verir ki, Sloveniya Xarici işlər naziri Tanja Fajon mətbuata açıqlamasında hökumətin Fələstin dövlətinin tanınması proseduruna başladığını açıqlayıb.

Fajon bildirib ki, tanınma qərarı iyunun 13-dək Sloveniya parlamentinə göndəriləcək.

Qərarın geri dönüşü olmayan bir addım olduğuna diqqət çəkən Fajon, "Hökumətin Fələstini tanıma prosesində olmasından xoşbəxtəm. Bununla Sloveniya Yaxın Şərqdə sülhün bərqərar olması və iki dövlətli həllin zəruriliyinə sadiqdir" dedi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ