Bu ölkədə yenidən doğulmaq qadağan edildi - Məzəli rəsmi qərar


Çində yenidən anadan olmaq qadağan olunub. Qanun bu günlərdə ölkə konstitusiyasına əlavə edilib.

Çində ərizə verib öncədən xəbərdarlıq edilmədən yenidən dünyaya gəlmək rəsmən qadağan edilib.

Məzəli görünsə də, bu qayda çinlilərin reankarnasiyaya dərin inancı ilə bağlıdır.

Bu qanun Çinin ruhani atası Dalay Lama ilə Çin hökuməti arasında yaranmış siyasi gərginliklə əlaqədardır. Dalay Lama uzun müddətdir Çin sərhədlərini tərk edərək, Hindistana yerləşib. O, öldükdən sonra yenidən Çində doğulub, intiqam alacağını bəyan edib. (lent.az)


MANŞET XƏBƏRLƏRİ