Ərəb ölkələri Türkiyənin Qəzza təklifini rədd etdi


İsrail mediasına danışan bir ərəb diplomatı iddia edib ki, oktyabrın 7-dən dərhal sonra Türkiyə ərəb dövlətlərinə Qəzzada və İordan çayının qərb sahilində birgə sülhməramlı qüvvələrin yerləşdirilməsi planını təqdim edib, lakin bəzi ərəb ölkələri bu planı rədd edib.

Turkustan.az xəbər verir ki, İsrail mərkəzli Kan News-a danışan ərəb diplomat, Türkiyənin İsrailin hücumlarının ilk aylarında ərəb ölkələrinə plan təklif etdiyini, lakin bəzi ərəb ölkələrinin bu planı rədd etdiyini bildirib.

Türkiyənin hazırladığı plana görə; Türkiyə və ərəb ölkələri Qəzzada və İordan çayının qərb sahilində sülhməramlı qüvvələr yerləşdirəcək. Mövzudan xəbəri olan bir ərəb diplomat Türkiyənin hazırladığı planın Misir də daxil olmaqla bəzi ərəb ölkələri tərəfindən rədd edildiyini açıqladı.

Kan News-a danışan diplomat bildirib ki, ərəb dövlətləri Türkiyənin Fələstindəki təşəbbüslərinə şübhə ilə yanaşır. Diplomat bəyan edib ki, Türkiyə “özünü təsdiq etməklə nəsə etməyə çalışır”; O, bu iddiasını son günlər Türkiyənin Həmas liderləri, xüsusilə də prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla tez-tez görüşməsi ilə əsaslandırıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ