İngiltərədə yerli seçkilərdə hökumətə ağır zərbə


İngiltərədə bir çox bölgələrdə yerli seçkilərin nəticələri açıqlanıb. Hakim Mühafizəkarlar Partiyası 448 mandat itirib, üzvlərinin sayı isə 479-a düşüb.

Turkustan.az xəbər verir ki, İngiltərə və Uelsdə bələdiyyə başçılarının, şəhər məclis üzvlərinin və polis komissarlarının seçilməsi üçün dünən keçirilən yerli seçkilərdə qeyri-rəsmi nəticələr hakim Mühafizəkarlar Partiyasının bələdiyyə məclis üzvlərinin sayının azaldığını göstərib. Dünən 107 seçki dairəsində keçirilən səsvermədə indiyədək 102 bələdiyyə məclisində nəticələr açıqlanıb. Müvafiq olaraq, ana müxalifətdəki İşçi Partiyası 173 yeni yerlə bələdiyyə şurası üzvlərinin sayını 1026-ya yüksəltdiyi halda, hakim Mühafizəkarlar Partiyası 448, üzvlərin sayı isə 479-a enib. Liberal Demokratlar 101, müstəqillər 92 və Yaşıllar 65 yeni yer qazanıblar.

İngiltərədə Mühafizəkarlar Partiyasından keçmiş deputat Skott Bentonun istefasından sonra yerli seçkilərdə Cənubi Blekpulun yeni deputatı da seçilib. Buradakı təkrar seçkilərdə əsas müxalifətçi Leyboristlər Partiyasının namizədi Kris Uebb qalib gəlib.

Bu yerli seçkilər, qanuni olaraq 28 yanvar 2025-ci il tarixinə qədər keçirilməli olan növbəti ümumi seçkilər öncəsi partiyalar üçün mühüm yarış hesab edilir.

Böyük Britaniyanın baş naziri Rishi Sunak yerli seçkilərin nəticələrini dəyərləndirərkən partiyasının ölkənin şimal-şərqindəki Tees Vadisində bələdiyyə seçkilərini qazanmasına baxmayaraq, seçkilərin nəticələrini “məyusedici” adlandırıb.

İşçi Partiyasının lideri Keir Starmer də yerli seçkilərin nəticələrinin Baş nazir Sunak üçün bir mesaj olduğunu və Baş nazirin növbədənkənar ümumi seçki çağırmasının vaxtının gəldiyini bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ