Zaxarova: “Rusiyanın NATO-ya qarşı hibrid hücumları dezinformasiyadır”


NATO-nun Rusiyanın müqavilə dövlətləri ərazisində "zərərli fəaliyyəti" ilə bağlı bəyanatları dezinformasiyadır. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

O, əmindir ki, Qərb Avropanın genişmiqyaslı hərbiləşdirilməsinə haqq qazandırmaq üçün anti-Rusiya isteriya səviyyəsini yüksəldir.

“Rusiyaya qarşı hibrid müharibəyə başlayan NATO təkcə Kiyev rejimini maliyyələşdirmir, həm də Ukrayna münaqişəsində fəal iştirak edir”, - deyə Zaxarova bildirib.

Turkustan.az xəbər verir ki, nazirlik nümayəndəsi onu da xatırladıb ki, hazırda NATO 1991-ci ildən bəri Rusiya sərhədləri yaxınlığında ən böyük təlimlərini keçirir. Onun sözlərinə görə, alyans üzvləri ölkəmizlə birbaşa silahlı münaqişəyə hazırlaşır.

Eltac Zülüfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ