HƏMAS-dan Netanyahuya mesaj


HƏMAS-ın yüksək rütbəli rəsmisi Husam Badran İsrailin baş naziri Benyamin Netanyahunun atəşkəs danışıqlarını pozmağa çalışdığını bildirib.

Turkustan.az xəbər verir ki, İsrail və HƏMAS arasında əsir mübadiləsi və atəşkəs razılaşmasının nə vaxt nəticə verəcəyi maraq mövzusu olaraq qalır. Danışıqlar bu həftə Misirin paytaxtı Qahirədə keçiriləcək. HƏMAS-ın yüksək rütbəli rəsmisi Husam Badran İsrailin baş naziri Benyamin Netanyahunu atəşkəs ehtimalını pozmağa yönəlmiş bəyanatlar verməkdə ittiham edib. Badran xəbərdarlıq edib ki, Netanyahunun Rəfaha hərbi qüvvələr göndərməkdə israrlı bəyanatları “razılaşma ehtimalını aradan qaldırmaq” məqsədi daşıyır. İsrailin baş naziri Netanyahunun əvvəlki danışıqlarda maneə törətdiyini vurğulayan Badran, "O, razılığa gəlməkdə maraqlı deyil. Ona görə də hazırkı səyləri əngəlləmək üçün açıqlamalar verir" dedi.

Bədran öz bəyanatında HƏMAS-ın məqsədinin daimi atəşkəs və “işğal qüvvələrinin Qəzza zolağından tam və hərtərəfli çıxarılması” olduğunu bir daha vurğulayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ