Azərbaycanda həkim güllələnərək öldürüldü


Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Azər Sədi oğlu Sədiyev və 1957-ci il təvəllüdlü İsrafil Əhmədiyyə oğlu Məmmədsoyun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namiq Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

***

Şəkidə baş verən silahlı insidentin təfərrüatı məlum olub.

Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə otlaq sahəsi ilə bağlı mübahisə zamanı baş verib.

Belə ki, qətlə yetirilən şəxslərlə hadisəni törədən Namiq Məmmədovun otlaq sahələri yaxın olub. Onlar Namiq Məmmədovun torpaq sahəsində heyvanlarını otarırmışlar. Bu səbəbdən də aralarında mübahisə yaranıb.

Daha sonra Namiq Məmmədov Azər Sədiyevi və kəndin həkimi İsrafil Məmmədsoyu ov silahından atəş açaraq qətlə yetirib.

Namiq Məmmədov hadisədən sonra özünə ağır xəsarət yetirib və vəziyyəti ağırdır.


MANŞET XƏBƏRLƏRİ