İsraildən ABŞ-a Refah məlumatı


Bildirilib ki, İsrail Qəzzanın cənubundakı Rəfah şəhərinə mümkün quru hücumundan əvvəl fələstinli mülki vətəndaşların təxliyyə planı barədə ABŞ rəhbərliyini məlumatlandırıb.

Turkustan.az xəbər verir ki, adı açıqlanmayan ABŞ rəsmiləri bildiriblər ki, İsrail Fələstinli mülki vətəndaşların Rafaha mümkün quru hücumu halında ABŞ-a təxliyyə planı barədə məlumat verib.

Səlahiyyətlilər vurğuladılar ki, ABŞ mümkün quru hücumu zamanı bir çox fələstinli mülki vətəndaşın həyatının risk altında olacağına dair fikrini dəyişməyib.

ABŞ dövlət katibi Antoni Blinken dünən Rəfaha qurudan hücumu dəstəkləmədiklərini və bunun vuracağı zərərin qəbul edilə bilməyəcəyini bildirib.

Ağ Evin sözçüsü Karine Jean-Pierre isə İsrailin Rəfaha qurudan hücumuna qarşı olduqlarını bir daha təkrar edərək, Tel-Əvivdən bu istiqamətdə hələlik heç bir plan görmədiklərini bildirib.

ABŞ prezidenti Co Bayden və Qərb rəsmilərinin Rəfaha mümkün quru hücumunun daha çox mülki əhalinin ölümünə səbəb olacağı və humanitar böhranı gücləndirəcəyi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, İsrailin baş naziri Benyamin Netanyahu hərbi hücumun həyata keçiriləcəyini açıqlayıb.

Amerika mediasında əks olunan xəbərlərdə İsrailin bir həftə ərzində Rəfaha qarşı "hərtərəfli quru əməliyyatı" başlaya biləcəyi iddia edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ