Ukraynanın ABŞ-dən istədiyi əsas silah: Bu səbəbdən vermirlər


ABŞ Rusiya tərəfindən ələ keçiriləcəyindən ehtiyat edərək, Ukraynaya “MQ-9 Reaper” kəşfiyyat və hücum dronları göndərməkdən çəkinir.

Turkustan.az xəbər verir ki, bu barədə “Politico” məlumatlı mənbələrə istinadla yazır.

Sözügedən dronlar Kiyevin Vaşinqtondan istədiyi silahların siyahısında birinci yerdədir. Ukrayna rəsmilərinin sözlərinə görə, bu dronlardan yalnız kəşfiyyat məqsədləri üçün istifadə etməyi planlaşdırırlar. Bununla belə, ABŞ PUA-ların Rusiya hərbçilərinin əlinə keçəcəyindən ehtiyat edir.

Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, rusiyalı mütəxəssislər Ukraynada ələ keçirilən NATO silahlarını diqqətlə öyrənir və onlarla necə davranacaqlarını artıq bilirlər. (t)


MANŞET XƏBƏRLƏRİ