XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...


Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür.

Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında yazılıb.

"Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulub. Bu əlamətdar hadisə həm Cənubi Qafqazda, həm də bütün dünyada əməkdaşlığa, təhlükəsizliyin möhkəmləndirilməsinə və sülhün təşviqinə davamlı sadiqliyimizi vurğulayır", - XİN qeyd edib.


MANŞET XƏBƏRLƏRİ