BMT xəbərdarlıq etdi: Böyük fəlakət olacaq


Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Rəfaha qurudan edilən hücumun böyük bir fəlakətə səbəb olacağı xəbərdarlığı edərək, oradakı 600 min uşağın ya xəstə, ya yaralı, ya da ac olduğunu bildirdi.

Turkustan.az xəbər verir ki, BMT mətbuat katibinin müavini Fərhan Haq gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Haq BMT-nin bölgədəki səlahiyyətlilərindən aldığı məlumatlara istinad edərək, Rəfahdakı 12 xəstəxanadan 3-nün hazırda qismən fəaliyyət göstərdiyini və hücum olacağı təqdirdə onların tezliklə sıradan çıxacağını bildirib və əlavə edib: “Xəbərdarlıqlar edilir ki, Rəfaha hücum kütləvi qətllərə səbəb olacaq”.

Haq, UNICEF-in Rəfaha quru hücumunun böyük fəlakətlə nəticələnəcəyi barədə xəbərdarlıq etdiyini, UNICEF-in icraçı direktoru Ketrin Rasselin orada 600 min uşağın ya xəstə, ya yaralı, ya da ac olduğunu bildirdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ