“Bunu heç kim proqnozlaşdıra bilməz” – Mirzoyan


“İrəvan-Moskva münasibətlərində yaranan problemlər səbəbindən yaşadıqları məyusluq fonunda Ermənistan vətəndaşlarının Avropaya inteqrasiya etmək istəkləri güclənir”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O bildirib ki, heç kim Avropa İttifaqı ilə başlayan yeni yolun Ermənistanı hansı istiqamətə aparacağını deyə bilməz.

“Ermənistan Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı əhəmiyyətli dərəcədə dərinləşdirir. Onlar bizim əsas tərəfdaşlarımızdır. İndi onlar Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsinə böyük maraq göstərirlər. Beləliklə, biz Aİ ilə yeni sıx əməkdaşlıq yoluna qədəm qoyuruq. Bu addımın bizi hansı istiqamətə aparacağını heç kim proqnozlaşdıra bilməz”, – Mirzoyan vurğulayıb. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ