ABŞ-ın gizli saxlanılan layihəsi açıqlandı


ABŞ-ın 2025-ci il müdafiə büdcəsində Kosmik Qüvvələrin layihələri diqqət çəkir. Demək olar ki, hamısında “tam məxfi” ifadəsi olan əsərlər arasında 1,5 milyard dollar tələb olunan gizli nəhəng layihə “C4ISRNET” maraq doğurur.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden 2025-ci maliyyə ili üçün 895,2 milyard dollarlıq müdafiə büdcəsini təsdiq üçün ABŞ Konqresinə göndərib. Büdcədə ən diqqət çəkən detal ABŞ Kosmik Qüvvələrinin tələb etdiyi pay olsa da, demək olar ki, bütün layihələrin “tam məxfi” olaraq qeyd olunması maraq doğurub. Müdafiə layihələri, 1,5 milyard dollar tələb olunan gizli nəhəng layihə 'C4ISRNET' kəşfiyyat təşkilatlarının belə maraq mövzusuna çevrilərkən, diqqət ABŞ-ın kosmos proqramına yönəldi. İddialara görə, hətta Konqres üzvlərindən də gizli saxlanılan bu layihələr barədə Ağ Evə və Senatın Silahlı Qüvvələr Komitəsinin üzvlərinə xüsusi məlumat verilib.

Amerika müdafiə mediasının Senat və Pentaqon mənbələrindən əldə etdiyi məlumata görə, layihə çərçivəsində bütün gizli istehsal bu günə qədər sınaqdan keçirilməmiş, hələ inkişaf mərhələsində olan texnologiyalar və ya fövqəladə hərbi texnikadan ibarətdir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ