İran-İsrail münaqişəsində Azərbaycanın mövqeyi - Politoloqlardan ŞƏRH


Son günlər İranla İsrail arasında artan gərginlik bir çox ölkələr kimi Azərbaycanı da narahat edib.

Bildiyimiz kimi, İsrail dövlətləri ilə Azərbaycan arasında çox yaxşı dostluq əlaqələri mövcuddur. İranla həm qonşularımızla, həm də bir çox sahələrdə iqtisadi və ticarət əlaqələrimiz var.

Uzun sürən İsrail-İran münaqişəsində ən çox hansı ölkə zərər çəkəcək? Belə olan halda Azərbaycan bu gərginliklə bağlı kimin tərəfində durmalıdır və necə bir siyasət sərgiləməlidir?

Mövzu haqqında politoloqlar Turkustan.az-ın suallarını cavablandırıblar.

Politoloq Tural İsmayılovun fikrincə, “İran-İsrail münasibətlərində gərginlik uzun müddətdir davam edir. Məsələ burasındadır ki, İran indiyə qədər İsraillə açıq şəkildə qarşıdurmaya cəsarət etməyib. Baxmayaraq ki, bir çox İranyönümlü qüvvələr onları İsrailə qarşı yönəldib. Buna baxmayaraq İranın İsrailə hücum etmədiyinin şahidi olmuşuq.Tural İsmayılov:

Bu günə qədər bütün dünya Livandakı Hizbullahı, Yəməndəki Husiləri, eləcə də HƏMAS vasitəsilə İsrailə hücum etməyə çalışan İranı tənqid edib. Çünki İslam coğrafiyasını daim antisemit ruhda sıxışdıran İranın hərbi-siyasi dairələri heç vaxt İsraillə açıq şəkildə qarşıdurmaya cəsarət etməyiblər. Nəhayət, İran İsrailə ilk dəfə açıq şəkildə hücum etdi. Amma burada maraqlı nüanslar da var. Problem ondadır ki, İran İsrailin Dəmir Günbəz hava hücumundan müdafiə sisteminin kifayət qədər güclü olduğunu bilir və İranın hava hücumundan müdafiə vasitələrinin İsrail hava məkanına daxil olan kimi zərərsizləşdiriləcəyini yaxşı bilir”.

Politoloq əlavə olaraq vurğulayıb ki, “digər tərəfdən, İranın özünə yaxşı məlum olan problemi ondan ibarətdir ki, İsraillə bu və ya digər formada qarşıdurmanın davam etməsi İranın özünə böyük ziyan vura bilər. Bu, İranda vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Bu baxımdan İranın İsrailə hücumları 24 saatdan az davam edib. Bu hücumlar təxminən 6-7 saat davam etdi. Hamıya məlumdur ki, İsrail İranın hücumlarının 99 faizini zərərsizləşdirə bilib. Hər halda hesab edirəm ki, İranda ideoloji siyasət İsrailə qarşı yönəldiyi üçün İsraillə İran arasında qarşıdurma hələ uzun müddət davam edəcək”.

Siyasi şərhçi Əziz Əlibəyli isə bildirib ki, “Azərbaycanın burada mövqeyi elə olmalıdır ki, mütləq hər iki tərəfin münasibətlərinə diqqət yetirsin. İranla münasibətləri kəsmək mümkündürmü? Prinsipcə, ciddi məqamlar və nüanslar var. Bu vacib deyil. Amma İsrail ilə strateji müttəfiqlik var. Bu baxımdan sülh çağırışı və XİN-in izlədiyi xətt kifayət qədər önəmli idi.

Əziz Əlibəyli:

Bu baxımdan, Azərbaycan bir platforma kimi iki güc arasındakı münasibətlərdə əsas rol oynamağı təklif edə bilər”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ