Meta-dan Instagram mesajlarına süni intellekt dəstəyi


Meta öz AI chatbotunu Instagram mesajlarına inteqrasiya edir. Çatbot suallara cavab verə və vizual görüntülər yarada bilər.

Turkustan.az xəbər verir ki, bir çox texnologiya şirkətləri kimi Meta da bir müddətdir ki, səylərini süni intellektə yönəldir. Şirkət Meta AI-ni 2023-cü ilin sentyabrında ortaya qoydu və son bir neçə ayı Facebook Messenger və WhatsApp kimi məhsullara chat botunu əlavə etməyə sərf etdi. İndi Meta-dan daha bir yeni hərəkət gəldi və süni intellektli söhbət botunu Instagram-a inteqrasiya etdi.

Meta AI, şirkətin süni intellektlə işləyən chatbotu; suallara cavab verə, şeir yaza və sadə mətn sorğusu ilə şəkillər yarada bilər.

"Bizim süni intellektlə işləyən generativ təcrübələrimiz inkişaf mərhələsindədir və biz onlardan bəzilərini məhdud imkanda açıq şəkildə sınaqdan keçiririk" dedi Meta sözçüsü. Bu o deməkdir ki, bu funksiya hələ hər kəs üçün əlçatan deyil.

Texnologiyaya əsaslanan xəbər saytı TechCrunch, Meta AI-nin Instagram-ın axtarış çubuğunda göründüyünü söylədi. Ancaq bəzi insanlar üçün bu funksiya Instagram-ın gələnlər qutusunda axtarış panelində göründü.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ