Qarabağı tərk edən ermənilər Ermənistanı bəyənmirlər - Ən çox bu ölkəyə mühacirət edirlər


Qarabağ ərazisini tərk edən ermənilərin 11 mini Ermənistandan mühacirət edib.

Turkustan.az xəbər verir ki, bunu keçmiş qondarma qurumun ”ombudsmanı” Geqam Stepanyan bildirib.

Bununla belə, o, başqa məlumatların da yayıldığını və onların sayının 15 minə çatdığını qeyd edib: "Əsas səbəb Ermənistanda insanların normal həyatını pozan sosial-məişət şəraitidir, ona görə də onlar Rusiyanın cənub bölgələrinə köçməyə üstünlük verirlər".

Rəsmi statistikaya görə, Qarabağı tərk etmiş ermənilərin 10 min 800 nəfəri Ermənistanda iş tapıb: "Bunlar rəsmi məlumatlardır, ən acınacaqlısı odur ki, təhsil sektorunun nümayəndələri bu rəqəmin çox cüzi faizini təşkil edir. Bu gün Ermənistanda təhsil müəssisələrində Qarabağdan olan cəmi 220 müəllim çalışır, orada isə 4000 müəllimimiz var idi". /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ