Səfər zamanı diqqət çəkdi: Putin niyə bütün fotolarda gülümsəyir?


Putinin BƏƏ və Səudiyyə Ərəbistanında çəkdirdiyi xoşbəxt və gülərüz anları beynəlxalq xəbər agentlikləri tərəfindən Vaşinqtona meydan oxumaq kimi şərh edilib.

Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

AP xəbər agentliyi yazıb ki, səfər Putinin Ukraynada müharibə davam edərkən Moskvanın Yaxın Şərqdə vasitəçi kimi nüfuzunu yüksəltmək məqsədi daşıyıb.

Beynəlxalq xəbər agentliyi AFP də Putinin səfərini Moskvanın qlobal səhnədə öz çəkisini bərpa etməyə çalışdığı bir vaxtda nadir səfər kimi qiymətləndirib.

Yaxın Şərqdə nüfuzunu gücləndirməyə çalışan Rusiya lideri Putin ikinci dayanacağı Səudiyyə Ərəbistanında gülümsəyirdi.Rusiya agentlikləri xüsusilə Putinin Səudiyyə sarayında xoşbəxt olduğu şəkillərini təqdim edib.

Putinin xoşbəxt şəkilləri Rusiya liderinin İsrailin Qəzzada müharibəsini ABŞ diplomatiyasının uğursuzluğu kimi üzə çıxararaq Vaşinqtona meydan oxuması kimi şərh edilib.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ