Rusiyada uğursuz çevrilişə cəhd edən və liderləri şübhəli təyyarə qəzasında dünyasını dəyişən “Vaqner” hərbi şirkətinin pul və onlara verilən vədlərə görə tərəfini dəyişdiyi iddia edilib. İşə düşən bölmə Britaniyanın Mİ6 kəşfiyyat agentliyidir. Moskva şirkəti ləğv etməyi düşünür.
Turkustan.az xəbər verir ki, "Intelligence Online" və "Intelnews"un Rusiya mənbələrindən əldə etdiyi məlumata görə, yaxın vaxtlara qədər Rusiyanın ən böyük və ən təsirli muzdlu şirkəti olan "Vaqner" indi bütün gücünü itirib. Rusiya prezidenti Vladimir Putin Britaniya kəşfiyyatının təkliflərinə uyğun olaraq “tərəflərini dəyişməyə başlayan” muzdlu şirkətləri ləğv etməyə hazırlaşır.
“Şübhəli təyyarə qəzası nəticəsində üsyanın lideri Yevgeni Priqojinin ölümü, şirkətin Sankt-Peterburqdan ayrılması. Onun Sankt-Peterburqdakı baş qərargahına maliyyə sektorundan Putinə yaxın adlar təyin edilib və şirkətin maliyyə və hərbi rəhbərliyi Putinin təyin etdiyi adlar arasında 3 dəfə əl dəyişib. Şirkətin hərbi idarəçiliyini öz üzərinə götürən Rusiya ordusunun Hərbi Kəşfiyyat Təşkilatının (QRU) baş komandiri general Vladimir Alekseyev Vaqneri arxa planda saxlayıb.
Hərbi və kəşfiyyat mənbələri iddia edir ki, Vaqner komandirləri öz əsgərləri ilə birlikdə “döyüş qabiliyyətlərini ən yüksək qiymət təklif edənlərin xidmətinə verməyə başlayıblar”. İddialara görə, sentyabr ayından etibarən Vaqner qoşunları Ukraynada rusiyapərəst yerli hakimiyyət orqanları üçün ordunun komandanlığından kənar pul üçün döyüşməyə başlayıb. Lakin Vladimir Putin üçün əsl təhlükə noyabrın əvvəlində, Vaqnerin muzdlu ordu bazarında düşmən tərəfə keçməyə başladığı zaman ortaya çıxıb.
Kəşfiyyat mənbələrindən əldə edilən məlumata görə, Vaqner əsgərlərinin tərəfini dəyişməsi səbəbindən Putinin şirkətə qarşı daha sərt tədbirlər görməyə başlayacağı da bildirilir. Rusiya ordusu mənbələrinə görə, Vaqnerin digər rus muzdlu şirkətləri və ordusu arasında paylanması Moskvanın əsas ehtiyat planıdır.
Eltac/Turkustan.az