Medvedev: Kiyevdəki liderlərin təhlükəsizliyinə zəmanət verməsək, nə edərsiniz?


Rusiya Kiyev rejimindən fərqli olaraq terror aktları törətmir və buna görə də Ukraynaya səfər edən Aİ liderlərinə zərbə endirməyəcək.

Turkustan.az xəbər verir ki, bunu öz Teleqram kanalında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kiyevin mayın 9-da Moskvada keçiriləcək paradla hədələdiyini xatırladıb.

Medvedev bildirdi ki, Moskva bu gün Ukrayna paytaxtına gələn Avropa liderlərinin “sağ qalmasının təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini” bəyan edərsə, Kiyev nə edəcək.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Kiyev rəhbərliyinə müraciət edərək: "Ordumuz Bandera əclaflarından fərqli olaraq terrorla məşğul olmur”-deyib. Eyni zamanda, Medvedev Vladimir Zelenskiyə "Moskvada Qələbə Paradı haqqında dediklərini" xatırlamağı təklif edib.

Bildirək ki, mayın 10-da Böyük Britaniyanın baş naziri Keir Starmer, eləcə də Aİ-nin aparıcı ölkələrinin liderləri - Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Polşanın baş naziri Donald Tusk Kiyevə səfər edirlər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ