Mayın 7-də Hindistanın raket zərbəsi ilə başlayan Yeni Dehli ilə İslamabad arasında gərginliyin atəşkəslə başa çatdığı Pakistan küçələrində hərbçilərə dəstək aksiyaları keçirilir.
Turkustan.az Pakistanın bir çox şəhərində minlərlə insan öz ordusuna dəstək olmaq üçün küçələrə çıxıb.
Dəstək nümayişləri üçün mühüm yerlərdən biri Pakistanın paytaxtı İslamabad olub.
İslamabadda minlərlə insan orduya dəstək üçün küçələrə çıxıb. Əllərində Pakistan bayraqları tutan etirazçılar “Yaşasın Pakistan, yaşasın Pakistan ordusu” kimi şüarlar səsləndiriblər.
Nümayişlərin keçirildiyi İslamabad küçələrində baş nazir Şahbaz Şərif və Pakistan ordusunun rəisi general Seyid Asim Münirin fotoşəkilləri olan plakatlar asılıb.
Aytən Yaşar/ Turkustan.az