Merz: Trampın Putinə qarşı səbri tükənir


Almaniya kansleri Fridrix Merz bildirib ki, Rusiya Ukraynada 30 günlük atəşkəsdən imtina edərsə, daha sərt sanksiyalara məruz qalacaq.

Turkustan.az xəbər verir ki, Merz Fransa, İngiltərə və Polşa liderləri ilə birlikdə bu gün Kiyevə səfəri ilə bağlı Bild qəzetinə açıqlama verib.

Ukraynada sülh danışıqlarına hazırlaşmaq üçün 30 günlük atəşkəs çağırdıqlarını ifadə edən Merz: "İndi top (Rusiya prezidenti Vladimir) Putinin meydanındadır. Putin bu təklifə cavab verməlidir" deyib.

Bunlara maliyyə və hərbi yardımların daxil olacağını vurğulayan Merz, ABŞ-ın sanksiyaların sərtləşdirilməsini dəstəkləyə biləcəyini və ABŞ prezidenti Trampın “Putinlə səbrinin açıq şəkildə tükəndiyini” qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ