Trampın Yaxın Şərq səfəri üçün İsrail səfəri təxirə salındı


ABŞ Müdafiə Nazirliyi bəyan edib ki, dövlət katibi Pit Heqset prezident Donald Trampı Yaxın Şərq turunda müşayiət etmək üçün gələn həftə İsrailə gözlənilən səfərini təxirə salıb.

Turkustan.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Sean Parnell X sosial media platformasında müdafiə naziri Heqsetin ləğv edildiyi bildirilən İsrail səfəri ilə bağlı açıqlama verib.

Parnell Heqsetin İsrailə səfərini ləğv etmədiyini və Trampın gələn həftə Yaxın Şərqə edəcəyi səfərdə Heqsetin də ona qoşulmasını istədiyini bildirib.

Heqsetin bu səfərdə iştirak edəcəyini qeyd edən Parnell nazirin İsrailə səfərini “səbirsizliklə gözlədiyini” də qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ