Pakistan şərt qoydu: Hindistan BUNU EDƏRSƏ...


Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Hindistanın hərbi əməliyyatlara son qoyacağı təqdirdə ölkəsinin də eyni addımı atmağa hazır olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, nazir bu barədə televiziya kanallarından birinə danışıb.

Dar Hindistan və Pakistan arasındakı gərginliyi azaltmaq üçün bəzi ölkələrin, xüsusilə də ABŞ və Çinin çağırışlarına işarə edib. O, bu çağırışlardan sonra İslamabad və Yeni Dehlinin gərginliyi azaltmaq üçün danışıqlar apara biləcəyinə dair ümidlərin artdığını bildirib.

Dar Hindistanın qarşıdurmalara son qoyacağı təqdirdə Pakistanın da oxşar addımlar atacağını vurğulayıb: "Əgər onlar dayansalar, biz də dayanacağıq. Dağıntı və vəsaitlərin israf edilməsini istəmirik. Biz hər hansı bir ölkənin hegemonluğu olmadan sülh istəyirik"./publika.az


MANŞET XƏBƏRLƏRİ