FTX Darya Duqinanın qətlinin üstünü açıb


Ötən gün Rusiyada öldürülən jurnalist Daria Duqinanın qatilinin kimliyi açıqlanıb.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Rəsmi məlumatda bildirilib ki, cinayəti Ukrayna vətəndaşı törədib:

"Qətl Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb. Hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovna olub. Qətl günü Duqinanın iştirak etdiyi tədbirdə olublar. Daha sonra onu izləyiblər. Hadisədən sonra şübhəli şəxs qızı ilə birlikdə Estoniyaya keçib".

Qeyd edək ki, Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina həlak olub. Hadisə ötən gün Moskva vilayətində "Toyota Land Cruiser Prado" markalı avtomobilin partlaması nəticəsində baş verib. Avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub. Onun meyiti tamamilə yanaraq, tanınmaz hala düşüb. Rusiya rəsmiləri hadisənin Ukrayna tərəfindən təşkil olunduğunu bəyan etsə də, Kiyev bu iddiaları yalanlayıb. (modern.az)


MANŞET XƏBƏRLƏRİ