Artıq bu torpaqlarda silahlar əbədi olaraq susacaq.
Turkustan.az xəbər verir ki, bu sözləri TBMM sədri Numan Kurtulmuş deyib.
O qeyd edib ki, gələn həftə Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim ediləcək "Milli Həmrəylik və İctimai Bütövləşmə haqqında" qanun layihəsinin qəbulundan sonra ölkədə silahlı qarşıdurma dövrü başa çatacaq:
“Terror təşkilatlarının tamamilə ləğv edilməsi və bütün silahlı ünsürlərinin silahı yerə qoyması ilə qüvvəyə minəcək bu qanun sayəsində Türkiyədə yeni dövrün qapılarını açırıq”. /axar.az/