İran Trampın gözardı edə bilməyəcəyi bir şey etdi


ABŞ Prezidenti Donald Tramp İranın 2024-cü ilin dekabrından həbsdə saxlanılan ABŞ vətəndaşının ölkəni tərk etməsinə icazə verdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında etdiyi paylaşımda həmin şəxsin İran tərəfindən sərbəst buraxıldığını bildirib.

ABŞ prezidenti iddia edib ki, bu şəxs Co Bayden administrasiyası dövründə İranda "haqsız yerə saxlanılıb". Onun sözlərinə görə, İran vətəndaşın ölkəni tərk etməsinə icazə verib və hazırda həmin şəxs təhlükəsiz şəkildə İrandan kənardadır.

Tramp qeyd edib: "ABŞ İranın bu xoşməramlı jestini yüksək qiymətləndirir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ