“Sabah”dan sensasion İDDİA – Tramp təyyarəsini niyə dəyişdi?


Türkiyənin "Sabah" qəzetinin köşə yazarı Melih Altınok ABŞ Prezidenti Donald Trampın NATO sammitindən əvvəl istifadə etdiyi təyyarəni dəyişməsinin səbəbləri ilə bağlı diqqətçəkən iddialar irəli sürüb.

Turkustan.az xəbər verir ki, müəllif yazısında Trampın "Ərdoğan olmasaydı, NATO sammitinə gəlməzdim" sözlərini xatırladaraq, Ankara səfərinin ilk növbədə İsraildə narahatlıq yaratdığını iddia edib.

Onun fikrincə, sammit zamanı İsrail tərəfi ABŞ-nin Türkiyəyə F-35 qırıcılarının satışı və CAATSA sanksiyalarının yumşaldılması ilə bağlı mümkün müsbət qərarların qarşısını almağa çalışıb.

Müəllif daha sonra Trampın Qətərin hədiyyə etdiyi təyyarə ilə Ankaraya gəldiyini, lakin ABŞ-a qayıdarkən köhnə “Air Force One” təyyarəsindən istifadə etdiyini xatırladıb. Altınok iddia edib ki, buna səbəb İranın Trampa qarşı mümkün sui-qəsdi ilə bağlı İsrail mənşəli kəşfiyyat məlumatları olub. O, bu barədə “The Wall Street Journal” qəzetində də yazıldığını qeyd edir.

Yazar həmçinin bildirib ki, ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu (FBI) “The New York Times” qəzetinin Trampın təyyarə dəyişikliyi ilə bağlı xəbərlər hazırlayan dörd jurnalistinə məhkəmə çağırışı göndərib və onlardan məlumat mənbələrini açıqlamağı tələb edib.

Məqalənin sonunda Melih Altınok NATO sammitinin uğurla keçdiyini, Türkiyəni tənqid edən bəzi xarici və yerli media orqanlarının məqsədli kampaniya apardığını qeyd edib./Musavat.com


MANŞET XƏBƏRLƏRİ