Tramp: 2-3 gün ərzində razılaşma imzalana bilər


Ötən gün İsrail–İran cəbhəsində baş verən hücumlara baxmayaraq, ABŞ Prezidenti Donald Tramp danışıqların davam etdiyini və mümkün razılaşmanın iki-üç gün ərzində imzalana biləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp Nyu-Yorkda keçirilən NBA final oyunundan qayıdarkən təyyarəyə minməzdən əvvəl jurnalistlərə cari hadisələrlə bağlı açıqlama verib.

O, İranla danışıqların davam etdiyini vurğulayaraq, “bir-iki gün ərzində prosesin necə inkişaf edəcəyi barədə daha aydın təsəvvürümüz olacaq” deyib.

Tramp həmçinin tətbiq edilən blokadanın “100 faiz” effektiv olduğunu iddia edib və İsrailin Baş naziri Benyamin Netanyahu ilə “çox yaxşı görüş” keçirdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ