İstanbul şəhərinin Maltəpə rayonunda "Koç Holdinq"in tərkibinə daxil olan "Otokoç" şirkətinin baş ofisinə silahlı hücum həyata keçirilib.
Turkustan.az Oxu.az-a istinadla xəbər verir ki, polis atəş açıb qaçan şəxsləri ələ keçirmək üçün əməliyyata başlayıb.
Maskalı şəxslərin hücumu zamanı ölən və ya xəsarət alanın olmadığı bildirilir.
Lakin xeyli sayda güllənin şirkətin binasına zərər verdiyi qeyd edilir.
Qeyd edək ki, “Koç Holdinq”in fəxri sədri, 96 yaşlı Rəhmi Koçun bir neçə gün əvvəl İzmirdə xəstəxana açılışında kürd qadınlar haqqında danışdığı lətifə sosial şəbəkələrdə kəskin etirazla qarşılanmışdı.
Bundan sonra Türkiyə hüquq-mühafizə orqanları iş adamı barəsində "əhalinin bir hissəsini açıq şəkildə təhqir etmək" ittihamı ilə araşdırma başladıb.
R.Koç isə sosial şəbəkə hesabı vasitəsilə üzr istəyib.