ABŞ İsrail və Livan arasında yeni sülh danışıqlarının tarixini açıqladı


ABŞ Dövlət Departamenti İsrail və Livan arasında yeni danışıqlar mərhələsinin 14–15 may tarixlərində keçiriləcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, qurumun yaydığı yazılı bəyanatda bildirilib ki, danışıqlar 23 aprel tarixində aparılan təmasların davamı olacaq. Açıqlamada qeyd olunub ki, hər iki tərəfin nümayəndə heyətləri iki ölkənin əsas narahatlıqlarını aradan qaldırmağa yönəlmiş genişmiqyaslı sülh və təhlükəsizlik razılaşması üzrə ətraflı müzakirələr aparacaqlar.

Dövlət Departamenti vurğulayıb ki, məqsəd əvvəlki illərin uğursuz siyasətlərindən uzaqlaşmaqdır. Bəyanatda deyilir:

“Bu danışıqların məqsədi son 20 ildə nəticə verməyən yanaşmadan qəti şəkildə imtina etməkdir. Həmin siyasət terrorçu qrupların möhkəmlənməsinə və fəaliyyətini genişləndirməsinə şərait yaradıb, Livan dövlətinin nüfuzuna zərbə vurub və İsrailin şimal sərhədinin təhlükəsizliyini risk altına salıb".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ