Şimali Koreyanın Yaxın Şərqdə artan gərginlikdən istifadə edərək silah proqramını sürətləndirdiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, ekspertlərin fikrincə, Pxenyan beynəlxalq balansın zəiflədiyi dövrdə nüvə imkanlarını daha da gücləndirməyə çalışır.
Məlumata görə, fevralın sonundan etibarən ABŞ-İsrail hücumlarının başlamasından sonra Şimali Koreya beş raket sınağı keçirib. Bunlardan dördü yalnız aprel ayında baş tutub və bu, 2024-cü ilin yanvarından bəri bir ay ərzində qeydə alınan ən yüksək göstərici hesab olunur.
Analitiklər bu sınaqların təkcə hərbi inkişaf məqsədi daşımadığını, həm də siyasi mesaj xarakteri daşıdığını bildirirlər. Onların fikrincə, Şimali Koreya lideri Kim Çen In ölkəsinin nüvə potensialını artıraraq “geri dönməz nüvə gücü” statusunu möhkəmləndirməyə çalışır.
Aytən Yaşar/ Turkustan.az