Tramp “nüvə tozu” dedi – İranın nüvə proqramında nə baş verir?


ABŞ prezidenti Donald Tramp yenə ABŞ–İran gərginliyi ilə bağlı açıqlamaları ilə diqqət çəkib. O, çıxışlarında yeni bir ifadə işlədib: “Nüvə tozu”.

Turkustan.az xəbər verir ki, bu söz beynəlxalq təhlükəsizlik ekspertləri arasında müzakirələrə səbəb olub. Mütəxəssislər bu ifadənin nə demək olduğunu izah etməyə çalışır.

Tramp bildirib ki, İranın nüvə proqramı ötən il ciddi zərbə alıb. Onun sözlərinə görə, ABŞ-nin hava hücumları əsas obyektləri sıradan çıxarıb. Xüsusilə İsfahan yaxınlığındakı nüvə kompleksi hədəf alınıb. İddialara görə, oradakı nüvə materiallarının böyük hissəsi dağıntılar altında qalıb. Trump isə qalan materialı “nüvə tozu” adlandırıb.

Bu ifadə bəzi ekspertlər tərəfindən qeyri-ciddi və yanıldıcı sayılır. Onlar bildirir ki, nüvə materialları belə sadə şəkildə təsvir oluna bilməz. /BakuPost/


MANŞET XƏBƏRLƏRİ