Orban ona təklif edilən VƏZİFƏDƏN imtina etdi


Macarıstanın Baş naziri Viktor Orban ölkə parlamentindəki deputat mandatından imtina etdiyini, lakin müxalifətə keçən "FİDES — Macar Vətəndaş Birliyi" partiyasının lideri olaraq qalacağını elan edib.

Turkustan.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"FİDES və Xristian-Demokrat Xalq Partiyasından ibarət koalisiyanın siyahısında birinci nömrə olaraq aldığım mandat, faktiki olaraq FİDES-in parlament mandatıdır, buna görə də ondan imtina etmək qərarına gəldim", — deyə Macarıstan hökumətinin başçısı videomüraciətində bildirib.

Siyasətçinin sözlərinə görə, hazırda o, parlamentdə deyil, milli partiya hərəkatının yenidən təşkili üçün lazımdır.

Qeyd edək ki, aprelin 12-də Macarıstanda parlament seçkiləri keçirilib və ölkənin növbəti baş naziri "Tisa" partiyasından Peter Madyar seçilib./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ