ABŞ mediası: İran geri çəkilməyib


“Wall Street Journal” (WSJ) qəzetinin məlumatına görə, İran danışıqlar zamanı geri addım atmayıb və hərbi potensialının hələ də güclü olduğunu vurğulayıb.

Turkustan.az xəbər verir ki, ABŞ mediası Tehran rəhbərliyinin danışıqlarda sərt mövqe tutduğunu və ABŞ ilə İsrailin mümkün hücumlarına qarşı kifayət qədər silah ehtiyatına sahib olduğunu yazır.

WSJ-nin danışıqlarla tanış rəsmilərə istinadən yaydığı xəbərə görə, İran vasitəçilik prosesində iştirak edən Pakistana geri çəkilmədiyini və prosesdə üstün mövqedə olduğunu bildirib.

Məlumata əsasən, Tehran tərəfi arsenalında təxminən 15 min raket və 45 min pilotsuz uçuş aparatının (PUA) olduğunu qeyd edərək, silah ehtiyatlarının tükənməkdən uzaq olduğunu vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ