Müharibədə böyük sürpriz! 5 min heyət üzvü olan hərbi gəmi hədəf alındı


İran İnqilab Keşikçiləri Korpusu ABŞ ordusuna məxsus LHA-7 tipli raket kreyseri olan USS Tripoli raket hücumlarına məruz qaldığını açıqladı.

Turkustan.az xəbər verir ki, bəyanatda deyilir: "5000-dən çox dənizçi və piyada daşıyan gəmi İranın ildırım sürətli raket hücumlarının hədəfi olub".

İran tərəfi iddia edir ki, gəmi hücumdan sonra cənubi Hind okeanına doğru geri çəkilməyə məcbur olub. Lakin hücumun miqyası müstəqil şəkildə təsdiqlənməyib.

ABŞ hakimiyyəti hələlik hücumla bağlı rəsmi açıqlama verməyib. Bu, iddiaların təsdiqlənməsi ilə bağlı qeyri-müəyyənliyin davam etməsinə səbəb olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ