“Qarabağ hərəkatı” müharibə deməkdir – Paşinyan


“Ermənistan xalqı iyunun 7-də keçiriləcək parlament seçkilərində bir suala cavab verməlidir: “Qarabağ hərəkatı” davam edir, ya yox”.

Turkustan.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bu gün “Vətəndaş Müqaviləsi” Partiyası “Qarabağ hərəkatı”nı davam etdirməyən yeganə siyasi qüvvədir. Digər bütün qüvvələr isə onu davam etdirəcəklərini söyləyirlər”, – baş nazir qeyd edib.

O əlavə edib ki, əgər xalq davam etmə qərarı verərsə, bu, müharibə deməkdir:

“Bizdə onu etiraf etməyə güc var ki, “Qarabağ hərəkatı” adı altında ölkəmizi xarici geosiyasi maraqların qurbanına çevirmişik. Bunu çox gec başa düşdük. Elə siyasi qüvvələr də var ki, bunu nə başa düşüb, nə də başa düşəcək.

Əgər “Qarabağ hərəkatı”nın davam etməsinə qərar verərsə, bu, müharibə deməkdir, “Qarabağ hərəkatı” müharibədir. Əgər sülh olduğuna qərar verərsə, biz “Qarabağ hərəkatı”nı davam etdirməyəcəyik. Bu, çox sadə seçimdir, xalqla danışmalıyıq”.


MANŞET XƏBƏRLƏRİ