Yunanıstan və Türkiyə arasında Egey dənizindəki adalar üzərində gərginlik artır.
Turkustan.az xarici KİV-ə istinadən xəbər verir ki, Kiprdəki Britaniya aviabazasına hücumdan sonra Yunanıstan Egey dənizinin şərqindəki Karpatos adasına "Patriot" hava hücumundan müdafiə sistemi batareyası yerləşdirdi. Türkiyə Müdafiə Nazirliyi bu addımın adanın 1923-cü il Lozanna müqaviləsi və 1947-ci il Paris Sülh müqaviləsi çərçivəsində silahsızlaşdırılmış zona statusunu pozduğunu iddia edir.
Ankara adaların hərbiləşdirilməsinin onların hüquqi statusunu dəyişdirmədiyini bildirib və Yunanıstanı regional böhranlardan sui-istifadə etməkdə günahlandırıb. Türkiyə Afinanın hərəkətlərini rədd etdiyini və bütün lazımi tədbirləri görəcəyini bildirib.
Bu arada, Türkiyə bu yaxınlarda nəzarəti altında olan Kiprin şimal hissəsinə F-16 qırıcı təyyarələri yerləşdirib. /modern.az/