Əgər Estoniyanın Rusiyaya hədəflənmiş nüvə silahı olsa, Rusiya da cavab olaraq onları hədəfə alacaq.
Turkustan.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya Estoniyanı və ya digər ölkələri təhdid etmir, lakin təhlükəsizliyini təmin etmək üçün həmişə lazım olanı edəcək. Estoniya bunu anlamalıdır”, - Peskov bildirib.
Qeyd edək ki, Estoniyanın müdafiə naziri Marqus Tsaxna qərar qəbul edilərsə, Tallinin NATO-nun nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsinə icazə verə bilcəyini demişdi./axar.az