Venesuelada azadlığa buraxılan məhbusların sayı 897-yə çatdı


Venesuela daxili işlər naziri Diosdado Kabello dekabr ayından bəri siyasi məhbuslar da daxil olmaqla 897 nəfərin azadlığa buraxıldığını bildirib.

Turkustan.az xəbər verir ki, Milli medianın məlumatına görə, Kabello hökumətin dekabr ayından bəri 897 məhbusu azad etdiyini və bir nəfər istisna olmaqla, heç bir müxalifətçinin həbsdə qalmadığını iddia edib.

Kabello iddia edir ki, yenidən həbs edilən keçmiş müxalifət millət vəkili Xuan Pablo Quanipa azadlığa buraxılma şərtlərini pozub və bildirib ki, "Bəzi siyasətçilər istədiklərini edə və ölkəni sabitsizləşdirə biləcəklərini düşünürdülər".

Müxalifət lideri Maria Corina Machado hadisə ilə bağlı verdiyi açıqlamada hökumətin hərəkətlərinə reaksiya verərək dedi: "Mülki geyimli, ağır silahlanmış şəxslər dörd maşınla gəlib onu zorla apardılar. Biz onun dərhal azadlığa buraxılmasını tələb edirik".

Quanipanın oğlu Ramon Quanipa da ifadəsində atasının naməlum şəxslər tərəfindən aparıldığını bildirib və deyib: "İndiyə qədər atamın harada olduğu barədə rəsmi məlumatımız yoxdur. Atam heç bir cinayət törətməyib və ona tətbiq edilən məhkəmə nəzarəti tədbirlərini pozmayıb. Atamın azadlığa buraxılması ilə bağlı sənədi məndədir, bu sənəddə açıq şəkildə göstərilən yeganə şərtlər onun hər 30 gündən bir məhkəməyə gəlməsi və ölkədən çıxmasına qadağa qoyulmasıdır".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ