ABŞ neft tankerini ələ keçirdi


ABŞ Müdafiə Nazirliyi Karib dənizində karantin qaydalarını pozduğuna görə Hind okeanında "Aquila II" neft tankerini saxladığını açıqladı.

Turkustan.az xəbər verir ki,ABŞ Müdafiə Nazirliyinin sosial media hesabında paylaşımda bildirilib ki, ABŞ hərbi qüvvələri Prezident Donald Trampın Karib dənizindəki sanksiyalı gəmilərə tətbiq etdiyi karantini pozan "Aquila II" gəmisinə qarşı müdaxilə edib. Bu gəmi Hind-Sakit Okean Komandanlığının (INDOPACOM) məsuliyyət zonasındadır.

ABŞ qüvvələrinin Karib dənizindən qaçan gəmini Hind okeanına doğru izlədiyi və bölgəyə müdaxilə edərək gəminin nəzarətini təmin etdiyi bildirilir.

Amerika qüvvələrinin quruda, havada və dənizdə baş verən bütün qanun pozuntularına cavab verəcəyi bildirilən bəyanatda qanunsuz fəaliyyətlə məşğul olan aktyorların ABŞ qüvvələrindən qaça bilməyəcəyi bildirilirdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ