ABŞ Prezidenti Donald Tramp Floridaya səfəri zamanı jurnalistlərin Cənubi Amerika regionu ilə bağlı suallarını cavablandırıb.
Turkustan.az xəbər verir ki, Tramp Kuba ilə danışıqlara başlamağı planlaşdırdıqlarını açıqlayıb. O, neft daşınmalarının tənzimlənməsi məsələsində ada dövləti ilə əlaqələrin səviyyəsi və vaxtı ilə bağlı suallara isə konkret cavab verməyib.
“Bu, mütləq humanitar böhran olmaq məcburiyyətində deyil. Onlar yəqin ki, bizimlə danışıqlara gəlmək istəyəcəklər. Bu yolla Kuba yenidən azad ola bilər”, – deyə Tramp bildirib.
Kuba ilə müəyyən razılaşmanın mümkün olduğunu vurğulayan ABŞ prezidenti, “Düşünürəm ki, hər şey yaxşı olacaq”, – deyə əlavə edib.
Trampın bu açıqlamaları Venesuela və Meksikadan neft tədarükünün dayandırılması istiqamətində atılan addımlardan sonraya təsadüf edir.
Aytən Yaşar/ Turkustan.az